Slimfit
  1. İDMAN

Azarkeş komandasının oyununu izləmək üçün kran icarəyə götürdü

Azarkeş komandasının oyununu izləmək üçün kran icarəyə götürdü
Sakura

Azarkeş komandasının oyununu izləmək üçün kran icarəyə götürdü

"Şlyonsk" klubunun azarkeşi Plotskda "Visla" ilə Polşa Premyer Liqasının XXIX tur qarşılaşmasını canlı izləmək üçün kran icarəyə götürüb.

Ens.az "Report"un məlumatına istinadən xəbər verir ki, fanat sevimli komandasını səfər matçında dəstəkləyib. O, oyuna 22 metr hündürlükdən baxıb. Görüş "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ardından Vrotslav təmsilçisinin çexiyalı baş məşqçisi Viteszlav Laviçka gənc fanata təşəkkürünü bildirib.

Koronavirus pandemiyası ilə əlaqədar fasilədən sonra Polşada mövsüm bərpa olunub. Matçlar azarkeşsiz keçirilir.

Plotsk "Visla"sının heyətində "Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçak da çıxış edir. Polşalı müdafiəçi "Şlyonsk"la matçda sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, 29 turdan sonra "Şlyonsk" 46 xalla 3-cü, Plotsk "Visla"sı isə 37 xalla 12-ci pillədədir. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR