Slimfit
  1. İQTİSADİYYAT

“AzAlternativEnerji”nin yığılmış zərəri 14 mln. manata yaxınlaşıb

“AzAlternativEnerji”nin yığılmış zərəri 14 mln. manata yaxınlaşıb
Sakura

“AzAlternativEnerji”nin yığılmış zərəri 14 mln. manata yaxınlaşıb

 Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,857 mln. manat təşkil edib.

Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,95% azdır.

2017-ci ildə “AzAlternativEnerji”nin cari aktivləri 1% artaraq 203 min manata çatıb, uzunmüddətli aktivləri isə 7% azalaraq 44,654 mln. manata düşüb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri təxminən 60% artaraq 37 min manata çatıb, cəmi kapitalı isə 7%azalaraq 44,82 mln. manata düşüb.

2017-ci ildə “AzAlternativEnerji”nin əsas əməliyyat gəlirləri 340 min manat (2016-cı ilə nisbətən 29,3% çox), dövlət büdcəsindən ayırmalar hesabına gəlirləri 2,5 mln. manat (25,4% az), insan resursları üzrə xərcləri 2,121mln. manat (11,1% az), əməliyyat xərcləri 344 min manat (59,1% az), digər ümumi və inzibati xərcləri 385 min manat (40,95% az), əsas vəsaitlər və qeyri-madi aktivlərin amortizasiyası xərcləri 3,389 mln. manat (4,2% çox) təşkil edib.

Son nəticədə şirkəti ötən ili 3,4 mln. manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 4,1% az olsa da, onun yığılmış zərəri 13,728 mln. manata yüksəlib.

Xatırladaq ki, “AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 mln. manatdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR