Slimfit
  1. CƏMİYYƏT

"AZAL" və "Türk Hava Yolları" həftədə iki dəfə qarşılıqlı reyslər həyata keçirəcəklər

"AZAL" və "Türk Hava Yolları" həftədə iki dəfə qarşılıqlı reyslər həyata keçirəcəklər
Sakura

"AZAL" və "Türk Hava Yolları" həftədə iki dəfə qarşılıqlı reyslər həyata keçirəcəklər

Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan Respublikası vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 29 iyun tarixindən başlayan həftədən etibarən qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi çarter reysləri həyata keçiriləcək.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.

Reyslərin tarixləri, təyyarə biletinin qiyməti, tələbələrə şamil olunacaq güzəştlər və digər tələb və şərtlər barədə əlavə ətraflı məlumat veriləcəkdir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR