Slimfit
  1. İQTİSADİYYAT

AZAL: Sifariş olunan “Boeing 737 MAX 8” təyyarələri başqa laynerlərlə əvəzlənə bilər

AZAL: Sifariş olunan “Boeing 737 MAX 8” təyyarələri başqa laynerlərlə əvəzlənə bilər
Sakura

AZAL: Sifariş olunan “Boeing 737 MAX 8” təyyarələri başqa laynerlərlə əvəzlənə bilər

"Azərbaycan Hava Yolları" (AZAL) və “Boeing” korporasiyası "Boeing 737 MAX 8" təyyarələrinin sifarişi ilə bağlı danışıqları davam etdirir. Bunu ONA-ya açıqlamasında AZAL-ın marketinq, ticarət və istehsalat üzrə direktoru Fuad Yusifov bildirib.

"Hələlik biz “Boeing” korporasiyası ilə danışıqlar aparırıq. Görək, onlar bizə nə təklif edəcəklər”, - deyə F. Yusifov bildirib.

Eyni zamanda, AZAL-ın nümayəndəsi aviaşirkətin sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini də istisna etmir.

"Hazırda tərəflər arasında rəhbərlik səviyyəsində danışıqlar aparılır və düşünürəm ki, hər şey növbəti 2-3 ay ərzində məlum olacaq", -  deyə F. Yusifov əlavə edib.

Onun sözlərinə görə, yaranmış vəziyyət AZAL və digər iri aviaşirkətlərə də təsir edib, "Boeing" üçün isə bu, olduqca böyük bir mənfi cəhətdir. Belə ki, ABŞ korporasiyası digər şirkətlərlə müqayisədə daha çox itirir.

F. Yusifov onu da qeyd edib ki, bu il “Boeing 737 MAX 8” təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılıb.

Qeyd edək ki, AZAL “Boeing” korporasiyasından 10 “Boeing 737 MAX 8” tipli təyyarə sifariş edib.

Xatırladaq ki, son yarım il ərzində iki “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR