Dərc edildi: Baxış sayı: 563
AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngidib
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb.
"Report"un əldə etdiyi məlumata görə, buna səbəb təyyarənin pəncərəsinin sınması olub.
Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib.
Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət