AZAL-ın Budapeşt-Bakı istiqaməti üzrə çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtdı
Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
Şirkətdən Oxu.Az-a verilən məlumata görə, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan həyata keçirdiyi artıq ikinci çarter reysidir.
Ötən gün isə Romadan Bakıya 161 soydaşımız gətirilib.
Həmçinin, martın 19-na keçən gecə İstanbul-Bakı istiqaməti üzrə 237 Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət