Slimfit
  1. İDMAN

Azad Rəhimov: “Olimpiya çempionlarımız Naxçıvana yola düşür”

Azad Rəhimov: “Olimpiya çempionlarımız Naxçıvana yola düşür”
Sakura

Azad Rəhimov: “Olimpiya çempionlarımız Naxçıvana yola düşür”

“Bu gün ölkənin tarixində növbəti dəfə əlamətdar gündür”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunan təltifetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. 

Nazir bildirib ki, martın 5-də bu bayram Azərbaycanın qədim torpaqlarından olan Naxçıvanda qeyd olunacaq: 

“25 il bundan öncə ümummilli lider Heydər Əliyev idmançılarla görüşüb və onların problemləri ilə tanış olub. 15 il əvvəl isə Prezident İlham Əliyevin sərəncamı ilə bu günü idman bayramı kimi təsdiq edib və idmansevərlərə bu günü bağışlayıb. Bu gün idmançıların, məşqçilərin və digər şəxslərin bayramlarını təbrik etmişik. 

Bu il bayramı ayın 4-də qeyd etməyə başladıq. Ona görə ki, sabah ilk dəfə olaraq Naxçıvanda qeyd edəcəyik. Daim bu bayram bulvarda qeyd olunurdu. Həmin formatda Naxçıvan əhalisi ilə birlikdə qeyd etmək istəyirik.

Bu günlərdə idman ictimaiyyəti, olimpiya çempionlarımız Naxçıvana yola düşür. Sabah o bayramı ulu öndərin vətənində qeyd edəcəyik. Fürsətdən istifadə edərək idmançıların hamısını bayram münasibətilə təbrik edirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR