Slimfit
  1. İDMAN

Azad Rəhimov: 'Bayramı Naxçıvan əhalisi ilə birlikdə qeyd edəcəyik'

Azad Rəhimov: 'Bayramı Naxçıvan əhalisi ilə birlikdə qeyd edəcəyik'
Sakura

Azad Rəhimov: 'Bayramı Naxçıvan əhalisi ilə birlikdə qeyd edəcəyik'

"Bu gün ölkənin tarixində növbəti dəfə əlamətdar gündür".

"Report" xəbər verir ki, bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunan təltifetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, daim bu bayramı idman ictimaiyyəti ilə birlikdə qeyd ediblər: "25 il əvvəl ümummilli lider Heydər Əliyev idmançılarla görüşüb və onların problemləri ilə tanış olub. 15 il əvvəl isə ölkə prezidenti İlham Əliyev sərəncamla bu günü idman bayramı kimi təsdiqləyib və idmansevərlərə bu günü bağışlayıb. Bu gün idmançıların, məşqçilərin və digər şəxslərin bayramlarını təbrik etmişik". 

Bu il bayramı martın 4-dən qeyd etməyə başladıqlarını söyləyən A.Rəhimov sabah Naxçıvana yollanacaqlarını açıqlayıb: "Bədən Tərbiyəsi və İdman gününü ilk dəfə Naxçıvanda qeyd edəcəyik. Daim bu bayram Dənizkənarı Bulvarda qeyd olunurdu. Həmin formatda Naxçıvan əhalisi ilə birlikdə qeyd etmək istəyirik. Bu günlərdə idman ictimaiyyəti, olimpiya çempionlarımız Naxçıvana yola düşür. Fürsətdən istifadə edərək idmançıların hamısını bayram münasibətilə təbrik edirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR