Dərc edildi: Baxış sayı: 243
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.
“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, - deyə o bildirib.
R.Qasımov əlavə edib ki, Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.
“Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət