Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ayranın bu qədər faydalı olduğunu biirdiniz?

Ayranın bu qədər faydalı olduğunu biirdiniz?
Sakura

Ayranın bu qədər faydalı olduğunu biirdiniz?

Sağlamlığın qorunması baxımından bir çox faydası olan ayrana bədənin xüsusilə həzm sisteminin güclənməsi üçün lazım olan vitamin və minerallar daxildir. Ayranın orqanizmə töhfələri nələrdir, necə sərf edilməlidir?

Medpress.az xarici mediaya istinadla ayranın faydalarını təqdim edir.

Çəki vermək üçün ayran için

Pəhriz saxlayan insanların istifadə etdiyi ən əsas qida mənbəyi olan ayran, çəki verilməsində çox yardımçıdır. Uzun müddət toxluq hissi yaratdığı üçün ərzaqların daha az sərf edilməsinə yardımçı olur. İçərisindəki vitamin və minerallar orqanizmin müqavimətini ayaqda tutar və dinclik qətirər. Həzm sistemini yaxşılaşdırdığı üçün daha az mədə və bağırsaq problemi yaşanır. Pəhrizdə olan şəxslərin ayran içməsi.

Yayda bədən temperaturunu tarazlaşdırır

İsti havalarda istifadə dilən ayran hərarəti aradan qaldırdığı üçün rahatlıq təmin edir. Hədsiz istilərin xilaskarı olaraq bilənən ayran, xüsusilə ağır yeməklərdən sonra istifadə edildikdə həzmi asanlaşdırır.

Qəbizliyə yaxşı təsir edir

Hər gün 1 stəkan içilən ayran bağırsaq hərəkətlərini artırır və qəbizliyin qarşısının alınmasına yardımçı olur. Ac qarnına içiləndə daha təsirli nəticələr alınır, mədəyə zərər verməz.

Xolesterinin səviyyəsini tənzimləyir

Xolesterin səviyyəsinin müəyyən bir tarazlıqda saxlanılması üçün ayran içmək əhəmiyyətlidir. Xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edən komponentləri ehtiva edən ayran, nizamlı qidalanmaqla birgə içiləndə xolesterin səviyyəsini tarazlıqda saxlayır.

Qastritə yaxşı təsir edir

Ayran qastrit kimi mədə xəstəliyi yaşayan insanların bol içməsi lazım olan bir qidadır. Mədə turşusunun keçirilməsinə yardımçı olan ayran mədə yanmasının baş verməsinə mane olur. Həzm sistemindəki faydalı bakteriyaların artmasına yardımçı olur. Hər qidada olduğu kimi, ayranın da həddindən artıq içilməsi mütəxəssislər tərəfindən təklif edilmir. Həddindən artıq içilməyəndə orqanizmin gümrah qalmasını təmin edir.

Dəri sağlamlığının dəstəkçisidir

Ayran yalnız daxili orqanlara deyil, dəriyə də faydalı bir qidadır. Xüsusilə dəri təmizliyində və dəri maskası kimi istifadə edildikdə gözəl nəticələr ortaya çıxarır. Dəri xəstəliklərinin müalicəsində istifadə edilən qatıq, müntəzəm istifadədə təsirli nəticələr ortaya çıxarır.

Sinir sisteminə təsirlidir

Ayranın əzələləri işlətmə xüsusiyyəti var. Bu xüsusiyyəti sayəsində zəifləyən əzələlər əsəb sisteminin sakitləşməsinə səbəb olur. Bir çox faydası olan ayran artıq içilmədiyi təqdirdə sinir sisteminin ayaqda qalmasını təmin edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR