Slimfit
  1. AZƏRBAYCAN

Aynur Camalqızı Prezidentə müraciət etdi

Aynur Camalqızı Prezidentə müraciət etdi
Sakura

Aynur Camalqızı Prezidentə müraciət etdi

Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı Prezident İlham Əliyevə onu “Tərəqqi” medalına layiq görməsi ilə bağlı məktub ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

Hörmətli cənab Prezident!

Hər bir jurnalist kimi, mənim üçün də Milli Mətbuat Günü xüsusi dəyərə malikdir. Siz isə məni xüsusi medala layiq görməklə, Milli Mətbuatımızın 145 illik yubileyini tərcümeyi-halıma yazılan əlamətdar bir bayrama çevirdiniz.

Əlbəttə ki, “Tərəqqi” medalı ilə təltif olunmağımın şərəfi onun şəxsən Sizin Sərəncamınızla verilməsidir və buna görə Sizə dərin minnətdarlığımı çatdırıram. Bir insanın fəaliyyətinə verilən ən böyük qiymət canından artıq sevdiyi ölkəsinin Birinci Şəxsi tərəfindən mükafat almasıdır. Bu mükafatı dünya miqyaslı, genişşaxəli fəaliyyətə malik, qlobal düşüncəli böyük strateq, eyni zamanda böyük vətənpərvər olan Prezidentin əlindən almaq isə tamamilə fərqli bir hissdir və bunu sözlərlə ifadə etmək mümkün deyil.

Hər iki cəbhədə - həm pandemiyaya, həm də Tovuz istiqamətində düşmən təxribatına qarşı mübarizə və müharibə aparan bir Liderin öz ağır iş qrafikinə rəğmən, yüksək diqqət, həssaslıq və qayğıkeşlik göstərərək fəaliyyətimizə dəyər verməsi, mətbuat bayramında bizi unutmaması böyük jestdir. Mən bu diqqəti və nəcibliyi heç vaxt unutmayacağam.

Hörmətli cənab Prezident!

Siz bu dəyərinizlə çiyinlərimizə daha bir məsuliyyət qoydunuz. Əmin ola bilərsiniz ki, Sizin etimadınızı doğrultmaq üçün bundan sonra da Vətənimizə, Dövlətimizə gücüm çatdığı səviyyədə xidmətimi davam etdirəcəyəm!

Siz həmişə biz jurnalistləri “köməkçilərim” adlandırırsınız. Ölkədə başlatdığınız genişmiqyaslı iqtisadi, sosial və siyasi islahatlar prosesində Sizə daim dəstək verəcəyimizi, daim dövlətçiliyimizi sədaqətlə müdafiə edəcəyimizi bir daha qeyd etmək istəyirəm.

Allah bizə Qarabağın azadlığını, ərazi bütövlüyümüzün bərpasını məhz Sizin rəhbərliyiniz altında görməyi nəsib etsin!

Bilirəm ki, bu Sizin həyatınızın və siyasi fəaliyyətinizin başlıca prioritet istiqamətidir.

“Qarabağ Azərbaycandır və Nida işarəsi” Sizin həyat amalınızdır. Bu yolda sonadək Sizinləyik!

Tanrı Vətənimizi və Sizi qorusun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR