Dərc edildi: Baxış sayı: 884
Ayının dilini dişlədi, ölümdən qurtuldu
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyunun 2-də Tuvanın Kızıl polis bölməsinə zəng edilib və 1984-cü il təvəllüdlü İrqit Nikolayın Kızıl mərkəzi xəstəxanasına aparıldığı bildirilib. Xəstənin üzünün, baş dərisinin paralanması əlamətləri və qarın səthinin yaralanması qeyd edilib.
Yoxlama zamanı məlum olub ki, 2019-cu il iyunun 1-də İrqit Nikolay, dostları ilə birgə, meşə massivinə gedərək, müvafiq icazə almadan, heyvanların quru buynuzlarını toplamaq qərarına gəliblər.
Meşədə ocaq qalayıb, yemək hazırlayırlar və hərə müxtəlif istiqamətlərə dağılaraq buynuz toplamağa başlayıb.
Tayqada buynuz toplayan Nikolay Irgit qonur ayı ilə qarşılaşıb və ayı ona hücum etməsin deyə, yüksək səslə qışqırmağa başlayıb onu qorxutmağa çalışıb, lakin ayı ona hücuma edib və İrgiti yerə yıxıb, pəncə zərbələri və dişi ilə bədənini parçalayıb
Ayı İrqitin üzünü dişləyəndə İrgit də ayının dilini dişləyə bilib və bundan sonra ayı qaçıb. İrqit dostlarını köməyə çağırıb və yaralını xəstəxanaya çatdıra biliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət