Slimfit
  1. DÜNYA

Ayın ilk interaktiv geoloji xəritəsi hazırlanıb

Ayın ilk interaktiv geoloji xəritəsi hazırlanıb
Sakura

Ayın ilk interaktiv geoloji xəritəsi hazırlanıb

ABŞ-da Geoloji Xidmət tərəfindən “Ayın vahid geoloji xəritəsi” adlı interaktiv xəritə hazırlanıb.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, Yerin peykinin səthi və geoloji xarakteristikaları burada olduqca ətraflı təqdim edilib. Alimlər xəritə üzərində uzun illərdir işləyərək bir çox toplanmış məlumatları birləşdirib və mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün də maraqlı olan xəritə hazırlayıblar.

Xəritənin miqyası 1:5.000.000 təşkil edir. Bu ölçüdə yaxınlaşdırma Ayın relyefini ətraflı əks etdirməyə imkan verir.

Bu xəritə sayəsində insanlar Ay haqqında bir çox yeni məlumat – peykimizin səthindəki süxurlar, onların yaşı, formalaşma mərhələləri, həmçinin bu və ya digər sahələr barədə maraqlı faktlar əldə edə biləcəklər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR