Ayda su ayılarının yaşadığı iddia edilir
Xeberler.az bildirir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzetinin yayımladığı məqalədə bildirilir. Qəzetin elmi redaktoru İan Səmplın iddiasına görə, İsrailin Ayda qəzaya uğrayan "Beresheet" adlı kosmik gəmisində çoxlu sayda su ayıları olub. Onun sözlərinə görə, hər cür şəraitə dözümlü olan bu mikroskopik canlıların Ayda yaşamamağı üçün heç bir səbəb yoxdur. Su ayılarının gəmiyə yüklənməsində məqsəd isə gələcəkdə həyat üçün alternativ yerlər yaratmaqdır. Ancaq Pozanan Universitetinin alimləri bildiriblər ki, su ayılarının Ayda çoxalması mümkün deyil. Çünki onlar çətin şəraitlə üzləşdikdə hərəkətsiz hala keçir, bu canlıların aktiv şəkildə hərəkət etməsi və çoxalması üçün suya ehtiyacları var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət