Slimfit
  1. MARAQLI

Ayaq qoxusunu yox edən sadə üsullar

Ayaq qoxusunu yox edən sadə üsullar
Sakura

Ayaq qoxusunu yox edən sadə üsullar

Yay aylarının ən böyük problemlərindən biri də ayaqdan gələn xoşəgəlməz qoxudur.

Axşam.az Türkiyə mətbuatına istinadən sizi bu problemdən qurtaracaq üsulları təqdim edir:

1. Sodalı su

Vannaya su və 2 x.q soda tökün. 20 dəqiqə ayağınızı bu suyda dinləndirin. 1 həftə boyunca edəcəyiniz bu üsulla ayaq qoxularından qurtula bilərsiniz.

2. Lavanta yağı

Ayaqlarınızı gündə 2 dəfə lavanta yağı əlavə edilmiş su ilə vanna edə bilərsiniz. Bu həm pis qoxunu aradan qaldıracaq, həm də ayağınızdakı yorğunluğu və gərginliyi önləyəcək.

3. Qara çay

3 ədəd qara çay paketini 300 ml suda dəmləyin. Daha sonra vannada iliq suya əlavə edin. Bu suda ayaqlarınızı 15 dəqiqə saxlayın. Daha sonra adi su ilə durulayın.

4. Sirkəli su

2 fincan sirkəni 1 litr su ilə qarışdırıb ayağınızı vanna edin. Daha sonra su ilə durulayaraq nəmləndirici krem çəkin.

5. Adaçayı

Ayağınızı adaçayı əlavə edilmiş suda 20 dəqiqə saxlayın. Bu ayaqda əmələ gələn göbələk zamanı da faydalıdır.

Ayaq qoxusuna qarşı hansı tədbirlər alınmalıdır?

Eyni ayaqqabını hər gün geyinməməyə çalışın.
Ayaqqabıları geyinmədiyiniz günlərdə içərisinə mixək qoyun. 
Xüsusi ayaqqabı dezodorantlarından istifadə edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR