Slimfit
  1. MARAQLI

Ayağınızdan iy gəlməməsi üçün bunları edin

Ayağınızdan iy gəlməməsi üçün bunları edin
Sakura

Ayağınızdan iy gəlməməsi üçün bunları edin

Ayaq iyi sosial həyata təsir edən problemlərdən biridir. Bəs ayaq qoxusunu necə aradan qaldırmaq olar?

Medpress.az xarici mediaya istinadən bildirir ki, yalnız bir neçə vərdişinizi dəyişdirərək edilə biləcək ayaq qoxusunun həlli təklifləri bunlardır.

Evin içərisində corabla gəzdiyiniz zaman, corab bütün bakteriyaları üzərində toplayır və qoyduğunuz hər yana yayar. Bu üzdən corab və tərlik geyinmədən gəzsəniz ayaqlarınızın iy verməsini əngəlləyəcək.

Corablarınızı tərs üzünə çevirib yuyun

Corablarınızı üzünə çevirib yuyarkən, hopmuşiy həm daha asan çıxır, həm də ayaqlarınıza bakteriya yoluxma riskini azaldır.

Ayaqlarınıza dezodorant sıxın

Dezodorantlar tərləmənizə mane olan kimyəvi maddələr daşıyırlar. Bu üzdən ayaqlarınıza dezodorant sıxmaq, ayaqlarınızın tərləyərək iy verməsini əngəlləyəcək.

Ayaqlarınızı dəsmalla qurudun

Duş alandan dərhal sonra ayaqlarınızı dəsmalla qurudun. Beləliklə, ayaqlarınızda göbələk əmələ gəlməsinin qarşısı alınacaq və qoxu riski də azalacaq. 

Alma sirkəsi

Alma sirkəsinin kəskin toxuması, ayaqlarınızda yaranan qoxunu dərhal alacaq. Bunun üçün ehtiyacınız olan şey isə bir vedrə suya bir qapaq alma sirkəsi əlavə etməkdir.

Ayağınızdakı bakteriyaları yox edin

Bir çox bakteriya növü, ayaqda pis qoxuya səbəb olur. Bu üzdən mütləq ayaqlarınızı təmiz saxlamalısınız.

Ayaqqabılarınızı quru saxlayın

Yalın ayaqlarla ayaqqabı geymək, ayaqlarınızı tərlədəcəyi üçün həm ayaqqabı rütubət verir, həm də daha çox iy verməsinə səbəb olur. Bu üzdən ayaqqabılarınızın quru olmasına diqqət göstərməlisiniz.

Çay ilə masaj edin

Duşdan çıxdıqdan sonra ayaqlarınıza bitki çayı ilə masaj etməniz həm qoxunu alacaq, həm də günün yorğunluğunu atmağınıza səbəb olacaqdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR