Slimfit
  1. MƏDƏNİYYƏT

Axundovun ömrünü 10 il “uzadan” xəbər...

Axundovun ömrünü 10 il “uzadan” xəbər...
Sakura

Axundovun ömrünü 10 il “uzadan” xəbər...

Bu gün Azərbaycan teatrının yaradılmasından 147 il ötür.

Kult.az xatırladır ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü il martın 10-da Bakıda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub.

Bu xəbəri “Qafqaz” jurnalından öyrənən M.F.Axundov Həsən bəy Zərdabiyə göndərdiyi məktubunda bunları yazmışdı:

“Mən artıq qocalmışam və ölümümü gözləyirdim, amma bu xəbər mənim ömrümü 10 il uzatdı”.

Sonradan teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflis və İrəvanda da teatr tamaşaları təşkil ediblər.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub.

Bu gün respublikada 26 dövlət teatrı fəaliyyət göstərir. Paytaxt Bakı Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü il 1 mart tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR