Slimfit
  1. AZƏRBAYCAN

Avtovağzal fəaliyyətini dayandırır?

Avtovağzal fəaliyyətini dayandırır?
Sakura

Avtovağzal fəaliyyətini dayandırır?

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir. Qeyd edək ki, qərar bu gün üçün qüvvədədir. Avtovağzalın növbəti günlərdə işləyib-işləməyəcəyinə sabah qərar veriləcək. Bu arada ötən gündən qatarların da bütün istiqamətlərdə hərəkəti müvəqqəti bərpa edilib.

Ötən gündən etibarən paytaxdan rayonlara sərnişin aparan avtobusların hərəkəti bərpa edilib.

Bakı Beynəlxaql Avtovağzal Kopmleksi mətbuat katibi Pərvin Məmmədova deyir ki, təkcə ötən gündən rayonlara 3 mindən çox sərnişin yola salınıb. Hələlik bu gün də avtovağzaldan bütün rayonlara avtobuslar işləyir. Ötən gün və bayramın ilk günündə avtobusların bütün istiqamətlərdə işləməsi sərnişinlərin ürəyincədir.

Qeyd edək ki, bütün istiqamətlərdə hərəkət edəcək avtobuslar virus əleyhinə əvvəlcə dezinfeksiya edilir daha sonra xəttə buraxılır.

Bundan başqa Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənir və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq. Pərvin Məmmədova onu da bildirdi ki, Nazirlər Kabineti yanında operativ qərargahın Bakıya girişlə bağlı qərarından sonravətəndaşlar heç bir problem olmadan biletlərini qaytara bilərlər.

Amma rayonlara səfər edəcək sərnişinlərin yoxlanması üçün avtovağzalın girişində ''termovizr''lər yoxdur. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ''Xəzər Xəbər''ə bildirdi ki, qərar verilsə bu cihazlar da avtovağzalların girişlərinə quraşdırılacaq.

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, ''Azərbaycan Dəmir Yolları'' QSC-də ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edib. 19, 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanıb. Məlumatda qeyd edilir ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.

 

 

Mənbə: xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR