Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobillərin qiyməti ucuzlaşacaq? - İdxalda kəskin artım

Avtomobillərin qiyməti ucuzlaşacaq? - İdxalda kəskin artım
Sakura

Avtomobillərin qiyməti ucuzlaşacaq? - İdxalda kəskin artım

vtomobil idxalında kəskin artım müşahidə olunur.

Buna baxmayaraq avtomobil bazarında ucuzlaşma nəzərə çarpmır.

Yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında qiymətlərin ucuzlaşmamasına səbəb, alverçilərin özbaşına davranmasıdır:

“İdxalın artmasına əsasən taksi avtomobillərinin yenilənməsi, turistlərin daşınması üçün "Mercedes Sprinter" və digər kiçiktutumlu sərnişin mikroavtobuslarının ölkəyə gətirilməsi təsir edib. Lakin avtomobilləşmə səviyyəsi hələ də zəifdir. İnsanlar işlənmiş avtomobillərə daha çox meyl göstərirlər. Bu vəziyyət ürəkaçan deyil. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Ümumilikdə, insanların avtomobilə olan tələbatı artıb.

Avtomobil bazarında nəzarət mexanizmi yoxdur.

Bazarda avtomobilin qiymətini dövlət deyil, alverçilər  tənzimləyir və istədikləri qiyməti təyin edirlər. İkinci əl avtomobillər isə texniki cəhətdən yararsızdır. Amerika, Yaponiya və başqa ölkələrdə sel daşqınlarında batan və ya ağır yol qəzasına düşən avtomobillər kosmetik dəyişikliklərdən sonra ölkəmizə gətirilir və ucuz qiymətə satılır. Çünki Azərbaycanda alıcılıq qabiliyyəti yüksək deyil.

Gürcüstanda 3 min dollara satılan avtomobil Azəbycana gətirildikdə qiymət 3 dəfə bahalaşır. 

Azərbaycanda 15 min manata satılan avtomobil orta təbəqəli insanlar üçün normal hesab olunur. Lakin Gürcüstanda bu qiymətə lüks avtomobil almaq mümkündür. Bizdə 40-50 min dollar civarında olan avtomobil, Gürcüstanda 15-20 mindir. Qonşu ölkədən avtomobil alıb, Azərbaycana gətirmək sərf etmir. Çünki rüsumların ümumi məbləği 5-6 min manatdır.

Gömrük, ƏDV rüsumları və aksiz vergisi hələ də yüksəkdir.      

Ötən il dekabr ayın 27-də Prezident İlham Əliyevin imzaladığı “Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin istismardan çıxarılması və yenilərinə keçidin sürətləndirilməsi məsələsi öz əksini tapırdı. Bu məsələ ilə bağlı hələ də ciddi dəyişiklik baş verməyib. Ölkə başçısı tapşırıq veribsə, məsələyə dərhal baxılmalı idi. Ümumiyyətlə, nəqliyyat vasitələrinə tətbiq olunan rüsumlar azaldılmalıdır. Avtomobilləşmə sisteminin sadələşdirilməsinə və qiymətlərin ucuzlaşdırılmasına ehtiyac var”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR