Avtomobillərin qiyməti fantastik dərəcədə qalxacaq
ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına daxil olan ölkələrdə istehsal edilən avtomobil və ehtiyat hissələrinin idxalına 25% gömrük vergisi tətbiq etməsi cavabsız qalmayacaq. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının ticarət şefi Sisiliya Malmstorm ABŞ-ın bu addımına cavab vermək üçün siyahı hazırladıqlarını deyib. Onun sözlərinə görə, ABŞ gömrük vergisi tətbiq edərsə, Avropa İttifaqı da rəsmi Vaşinqtona cavab olaraq istifadə edə biləcəyi məhsulların yer aldığı siyahını açıqlayacaq. Bu siyahının dəyəri 20 milyard avrodur. ABŞ Aİ ölkələrinin məhsullarına gömrük vergisi tətbiq edərsə, Avropadan idxal olunan avtomobillərin ABŞ-dakı satış qiyməti 10 min avroya qalxacaq.
Qeyd edək ki, Trampın sözügedən qərarı 18 mayda açıqlaması gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət