Slimfit
  1. AZƏRBAYCAN

Avtomobillərin qiyməti 20 faiz bahalaşıb

Avtomobillərin qiyməti 20 faiz bahalaşıb
Sakura

Avtomobillərin qiyməti 20 faiz bahalaşıb

Yeni il öncəsi avtomobil bazarına çoxlu sayda maşın satışa çıxarılmasına baxmayaraq, alıcı azdır.

Xezerxeber.az-ın məlumatına görə, buna səbəb bayram ərəfəsində avtomobillərin qiymətinin 15-20 faiz bahalaşmasıdir.

Əməkdaşlarımız Bakının avtomobil bazarında ikinci əl maşınların qiymətlərını araşdırıblar.

Məlum olub ki, son günlər maşınların qiymətində bahalaşma var.

Satıcılar, ötən aylarla müqayisədə bayram öncəsi avtomobillərin qiymətinin 15-20 faiz bahalaşdığını bildirirlər. Qiymət artımının olmasını satıcılarla yanaşı alıcılar da təsdiq edir. Onların sözlərinə görə, bir ay əvvəl satılan maşınla hazırda satılan avtomobilin qiyməti arasında fərq nəzərəçarpacaq şəkildədir.

Maşın bazarında avtomobillərlə bağlı təkcə fərq bununla yekunlaşmır. Bazarda avtomobillərin sayı hədsiz çoxalıb. Çünki gəlin il yanvarın birindən gömrükdə rüsumların qalxması ilə əlaqədar indidən bir çox vətəndaşlar xaricdən həm yeni, həm də işlənmiş avtomobilləri alaraq bazarda satışa çıxarıblar.

Satıcılar gələn ilin yanvar ayından ikinci əl avtomobillərin qiymətində ucuzlaşma olacağını bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR