Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşacaqmı ?
Xeberler.az bildirir ki, avtomobillərə dövlət qeydiyyat nişanın verilməsi və nəqliyyat vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsinin verilməsi xidməti kifayət qədər ictimai əhəmiyyət kəsb edir və populyar bir xidmətdir. Hər il minlərlə istifadəçi bu xidmətdən yararlanır.
Bəs nə üçün avtomobillərin dövlət qeydiyyatına alınması xidməti indiyədək elektronlaşmayıb ?
Bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib. Ekspert düşünür ki, Dövlət Yol Polisinin "Mərkəzi İnformasiya Sistemi" Daxili İşlər Nazirliyinə məxsusudur. Yəni, əlavə hansısa qurumla inteqrasiyaya ehtiyac yoxdur. Daxili İşlər Nazirliyinin rəqəmsal mühiti, İnformasiya Texnologiyaları sektoru yetərincə inkişaf edib. Eyni zamanda sirr deyil ki, bu prosesdə müəyyən problemlər olur, şəffaflıq yetərli deyil, bəzi dövlət qeydiyyat nişanlarının rəsmi dövlət rüsumu ilə bazar qiymətləri arasında kəskin fərq var. Bu baxımdan adı çəkilən xidmətin oflayn olmasını yalnız subyektiv amillərlə izah etmək olar.
Ekspert sonda Daxili İşlər Nazirliyi rəhbərliyinin yenilənməsi ilə bu xidmətin elektronlaşmasına diqqət yetiriləcəyinə ümid etdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət