Dərc edildi: Baxış sayı: 344
Avtomobillər üçün kredit şərtləri asanlaşdırılsın - Təklif
Yol qəzalarının səbəbləri bəzən köhnə avtomobillərlə bağlı olur. Buna görə də Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var.
Oxu.Az-ın məlumatına görə, bunu deputat Şahin İsmayılov Milli Məclisin iclasında deyib.
O bildirib ki, əhalinin yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır. Deputat qeyd edib ki, əhalinin avtomobil alması üçün kredit şərtləri asanlaşdırılmalıdır.
Ş.İsmayılov onu da təklif edib ki, elektriklə işləyən avtomobillər üçün gömrük rüsumları aradan qaldırılmalıdır.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət