Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Avtomobilin sükanı unitazdan da çirklidir

Avtomobilin sükanı unitazdan da çirklidir
Sakura

Avtomobilin sükanı unitazdan da çirklidir

Sürücü işi ilə məşğul olanlar vaxtının əksər hissəsini sükan arxasında keçirir, hətta burdaca qidalanırlar. Lakin buna baxmayaraq onların çox hissəsi avtomobillərinin salonlarını ildə bir dəfə kimyəvi vasitələrlə təmizlətdirirlər. Hətta təmizlətdirməyənlər belə var.
 
Onlar avtomobilin salonunda yaşayan bakteriyaların miqdarından və onların yaratdıqları təhlükədən xəbərsiz olduqları üçün buna fikir vermirlər.
 
Medicina.az xəbər verir ki, otra statistik məlumatlara görə, avtomobildə 700 fərqli bakteriya ştammı yaşayır. Bu bakteriyalar avtomobildə yeyilən qidalara ciddi təhlükə törədərək insanın immunitetinə təsir edir. 
 
Ən çox yayılan bakteriya növlərinə qızılı stafilokkok daxildir. Bu bakteriya növləri qida zəhərlənməsi və dəri xəstəlikləri də daxil olmaqla bir sıra xəstəliklərin səbəbidir. 
 
ABŞ-dan olan alimlər maşın salonunun 1 kv.m-də olan bakteriyaların miqdarını araşdırıblar. Məlum olub ki, sükan çevrəsində olan otra indeks 629-a bərabər olub. Bu rəqəmin az və ya çox olmasını bir sıra misallarla müzakirə edək.  Smartfon ekranı 100 indeksə, yaşayış binasının liftinin düymələri isə 313 indeksə malikdir. Ümumi tualetlərdə olan unitazın indeksi isə 172-yə bərabər götürülür.
 
Buradan da məlum olur ki, avtomobilin sükanı unitazdan da çirklidir. Siz hətta avtomobilinizin salonunu təmizləsəniz belə, mikroblardan azad olmursunuz. Bunun üçün avtomobilin salonunu, əsasən də sükan çevrəsini dezinfeksiyaedici maddələrlə tez-tez təmizləməli, əllərinizi sabunlamalısınız. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR