Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobilin icbari sığortasına arxayın olmayın

Avtomobilin icbari sığortasına arxayın olmayın
Sakura

Avtomobilin icbari sığortasına arxayın olmayın

Son vaxtlar avtomobillərin və ehtiyat hissələrinin qiymətinin artması sığorta hadisələri zamanı avtomobillərə dəyən zərərin də yüksəlməsinə səbəb olub. Bu barədə FED.az-a sığorta bazarından bildirilib. Məlumata görə bu artımlar nəticəsində qəza zamanı dəyən zərərin həcmi getdikcə daha çox hallarda icbari sığortanın zəmanət verdiyi həddi – 5 min manatı keçir.

Sığorta hadisələri üzrə mütəxəssis Tural Şükürov FED.az-a bildirib ki, hazırda avtomobil lərin icbari sığortası üzrə (avtomobil sahiblərinin 3-cü şəxs qarşısında mülki məsuliyyətinin sığortası – rəsmi adı belədir – FED.az) hər 10 hadisədən 3-də dəyən zərərin məbləği 5 min manatı keçir.

“Sığorta hadisələrinin 30%-də dəyən zərərin məbləği bu sığorta üzrə müəyyən  edilmiş həddi keçir və bununla bağlı çoxsaylı mübahisələr yaranır”-deyə ekspert bildirib.

Bunun əsas səbəbi həm şəhərdə çoxsaylı bahalı avtomobillərin sürülməsi, həm də bəzən qəzanın güclü olmasıdır: “Elə avtomobillər var ki, hətta kiçik detalının qiyməti də bir neçə min manatdır. Həmin detal zədələnən kimi, dəyən zəərin həcmi icbari sığortanın dəyərini üstələyir”. Həm bahalığına görə olur, həm də zərərin təsirinə görə. Məsələn qalenvagenə yüngül toxunma olsa, bamperi 2-3 min manatdır.

Ekspertin sözlərinə görə, əvvəllər icbari sığorta populyar olmayanda belə problemlər də yox idi və avtomobil sahibi qarşı tərəfə dəyən zərəri özü ödəyirdi. İcbari sığorta geniş yayıldıqdan sonra isə sürücülərdə elə təsəvür yaranıb ki, bütün zərəri sığorta şirəti ödəməlidir: “Ona görə də qəza törədən avtomobil sahibləri hətta bəzən 7-8 min manata çatan zərərin də sığorta şirkəti tərəfindən ödənilməsini tələb edirlir, bu baş vermədikdə isə məhkəməyə üz tuturlar”. Nəticədə belə mübahisələrin 90%-i məhkəmələrə qədər uzanır.

Ekspertin sözlərinə görə, dəyən zərər 6 min manat ətrafında olanda sürücülər məhkəməyə müraciət etməyərək əlavə məbləği (məsələn, min manatı) özləri ödəyirlər.

T.Şükürov bildirib ki, belə vəziyyətdən ən yaxşı çıxış yolu mülki məsuliyyətin sığortalandığı məbləğin könüllü olaraq artırılmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR