Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobilin daha az benzin yandırması üçün nə etməli?

Avtomobilin daha az benzin yandırması üçün nə etməli?
Sakura

"Yanacağa qənaət etmək üçün avtomobilləri mütəmadi olaraq təmir etdirmək lazımdır"

"Yanacağa qənaət etmək üçün avtomobilləri mütəmadi olaraq təmir etdirmək lazımdır".

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin Neft Məhsulları İşəgötürənlər Birliyinin rəhbəri İmran Oxumuş deyib.

O bildirib ki, ətraf mühitin təhlükəsizliyi və xərclərin minimum endirilməsi üçün yanacaqdan mümkün qədər səmərəli istifadə etmək lazımdır.

“Ucuz yanacaq almayın. Sürücülər ilk 5 kilometrdə yüksək sürətlə hərəkət etməməyə diqqət etməlidir. Çünki ilk kilometrlərdə yüksək sürət zamanı mühərrikin iç sürtünməsi artır və buna görə yanmamış yanacaq yanma kameralarına keçir və istehlak ciddi şəkildə artır. Yanacaq sərfiyyatında optimal dəyəri müəyyən etmək üçün 90km/saat ideal sürətdir. Sürücülər avtomobillərini sabit sürətlə sürməlidirlər və təkərlərin hava təzyiqi dəqiq ölçüdə olmalıdır”, - deyə İ.Oxumuş bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR