Slimfit
  1. AZƏRBAYCAN

Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır – Deputat

Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır – Deputat
Sakura

Millət vəkili bu qadağanın tezliklə aradan qaldırılmasını təklif edir

Son günlər Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka qadağasının ləğv edilməsi barədə fikirlər səslənir. Hətta yayılan xəbərlərdə bildirilir ki, guya ölkəmizdə pərdə və plyonkadan istifadəyə tam icazə verilib, artıq yol polisinin bort-komputerlərindən həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi silinib. Bununla da avtomobilin nəinki arxa yan şüşələrinə, eləcə də qabaq yan şüşələrə də plyonka və ya jalüz pərdə vurulmasına icazə verilib.


Ümumiyyətlə bu qadağa lazımdırmı? Milli Məclisin deputatı Çingiz Qənizadə Avtosfer.az-a verdiyi geniş müsahibədə bildirib ki, arxa yan şüşələrə örtük qadağasının heç bir mənası yoxdur. “Düşünürəm ki, bu qadağanın aradan qaldırılmasının vaxtı çatıb. Çünki bu o zaman tətbiq edilmişdi ki, həmin vaxtlar ölkədə təhlükəsizlik baxımından vacib idi. Artıq günün reallığında bu qadağanın qalmasına ehtiyac yoxdur.”

Deputat hesab edir ki, bu qadağa ölkədə turizmin inkişafına da çətinlik yaradır. “Təsəvvür edin ki, turist ölkəyə gəlir və kifayət qədər isti olan aprel ayında ona deyirlər ki, pərdədən istifadə etmək olmaz. Axı bu nə dərəcədə doğrudur ki, aprelin 30-da qadağa var, bir gün sonra bu aradan qalxır. Yaxud əgər bu təhlükəsizliklə bağlıdırsa o zaman qışda avtomobilin arxa yan şüşələri tərləyir və tamamilə görüntü məhdudiyyəti yaradır. Onda sürücünü buna görə də cərimələyək?”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR