Avtomobil istehsalçıları elektrik maşınlara 300 milyard dollar investisiya etməyi planlaşdırır
Qlobal maşın istehsalçıları növbəti 5-10 il ərzində elektrik maşın texnologiyasına 300 milyard əlavə pul xərcləməyi planlaşdırırlar. Bu pulların yarısı Çinə yönələcək. Beləliklə maşın sənayesinin qalıq yanacaqlardan uzaqlaşması sürətləndiriləcək və güc Asiyanın batareya və elektrik maşın texnologiyası təzhizatçılarının əlinə keçəcək. Avtomobil istehsalçılarının elektik maşın təchizatını artırmaq istəyi bazar ertəsi Detroytda keçirilən Şimali Amerikanın Beynəlxalq Avto Şousunda nəzərə çarpıb.
Maraqlısı odur ki, Çində baş verən hər şey qlobal maşın bazarı üçün mühümdür, çünki hazırda Çin ən böyük oyunçudur. Onların elektrik maşınlarla bağlı tədbirləri bütün digər qlobal avtomobil istehsalçılarını da təkcə bazar xatirinə həmin texnologiyaya sərmaye qoymağa vadar edəcək.Karl Brauer
Almaniya, Çin və digər ölkələr ənənəvi benzin və dizel mühərriklərinə daha çox məhdudiyyətlər tətbiq etdiyi bir vaxt, avtomobil şirkətləri daha öncə görünməmiş miqdarda pul sərf edərək elektrik maşınlara keçidi sürətləndirir.
Avtomobil istehsalçılarının Çin, Avropa və Şimali Amerikadakı elektrik maşınların kütləvi istehsalı üçün nəzərdə tutduqları 300 milyard dollar Misir və ya Çilinin iqtisadiyyatından çoxdur.
“Şirkətlər hələ 20, 30, 40, 50 il daha mövcud olmaq istəyirsə, onların planı olmalıdır və məncə onlar da bu planı tətbiq edir. Bunu bu gün burada gördüyünüz müxtəlif məhsullardan anlamaq olar”, Nissan-ın elektrik maşınlarının marketinq və satış strategiyası idarəsinin direktoru Brayan Maranqo söyləyir.
Bu pulun üçdə birini, yəni təxminən 91 milyard dollarını Volkswagen Group şirkəti ödəyəcək. Şirkət onlara milyardlarla dollar dəyərində cərimələrin tətbiq olunmasına səbəb olan Dizelgeyt skandalından özünü uzaqlaşdırmağa çalışır.
“Məncə bir çox insan düşünür ki, elektrik maşınlar bizim neft təchizatından və benzin qiymətlərindən tutmuş, emissiyalar və ətraf-mühit problemləri kimi bir çox problemimizin uzun-müddətli həllidir. Biz buna ən çox Çində şahid oluruq. Maraqlısı odur ki, Çində baş verən hər şey qlobal maşın bazarı üçün mühümdür, çünki hazırda Çin ən böyük oyunçudur. Onların elektrik maşınlarla bağlı tədbirləri bütün digər qlobal avtomobil istehsalçılarını da təkcə bazar xatirinə həmin texnologiyaya sərmaye qoymağa vadar edəcək. Avropa və ABŞ kimi digər bazarlar da bundan faydalanacaq”– deyə, avtomobil sənayesi üzrə təhlilçi Karl Brauer bildirir.
Mənbə: Amerikanın Səsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət