Avtomobil icarəsinin ən ucuz olduğu ölkələrin adları açıqlanıb
"OneTwoTrip" xidməti səyahət edən adamların bu yay daha çox avtomobil icarəyə götürdüyü ölkələrin reytinqini tərtib edib və bunun neçəyə başa gəldiyini aydınlaşdırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 2018-ci ilin iyun-avqust aylarının yekunları üzrə ilk üçlükdə İspaniya, İtaliya və Yunanıstan yer alıb. Bu üç ölkənin payına ümumi avtomobil rezervasiyasının, təxminən, 48%-i düşüb.
Qeyd edilib ki, avtomobilin orta icarə qiyməti gündəlik 34 ABŞ dollar təşkil edir. Tayland, Kipr və Türkiyədə isə avtomobili gündəlik 19-28 dollara icarəyə götürmək olar ki, bu da, təxminən, restoranda nahar yeməyinin dəyəri qədərdir.
Ən çox xərci isə Böyük Britaniyada səyahət edənlər çəkir - bir sutka üçün 54 dollar. Bu mənada Tayland gündəlik 19 dollar göstərici ilə tam əsk qütbdə yer alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət