Dərc edildi: Baxış sayı: 549
Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən isti günü kimi tarixə düşüb
Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən isti günü kimi tarixə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Meteorologiya və Geodinamika üzrə Mərkəzi İdarə yayıb. Məlumatda bildirilir ki, bu il fevralın 28-də ölkənin bəzi regionlarında (Cənubi Burqenland və Qərbi Ştiriya) havanın hərarəti 24,2 dərəcəyə çatıb. Bu göstərici 1960-cı il fevralın 29-da Avstriyanın Bruk an der Mur şəhərində qeydə alınmış rekord göstəricini (23,6 dərəcə) geridə qoyub.
Fevralın 28-də ölkədəki 280 meteoroloji stansiyada havanın temperaturunun müsbət 20 dərəcədən yuxarı olduğu qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət