Slimfit
  1. DÜNYA

Avstriyada işləyirlər, nahar fasiləsində isə Macarıstana gedirlər

Avstriyada işləyirlər, nahar fasiləsində isə Macarıstana gedirlər
Sakura

Avstriyada işləyirlər, nahar fasiləsində isə Macarıstana gedirlər

Avstriya hökuməti bu yaxınlarda əcnəbi işçilərin uşaqlarına verilən ailə müavinətlərini azaltmağı qərara alıb. Buna baxmayaraq, Macarıstan Statistika Bürosunun məlumatına görə, təkcə ölkənin qərbindəki Vaş dairəsində Macarıstan ilə Avstriya arasında “səyahət edən” sərnişinlərin sayı 40.000-ə çatır. Bunlar əsasən Avstriyada işləyən, lakin Macarıstanda öz evlərində gecələyən (bəzən isə hətta nahar fasiləsində öz evlərinə gələn) macarlardır.

AZƏRTAC xəbər verir ki, Avstriya-Macarıstan sərhədi boyunca yerləşən yaşayış məntəqələrində belə işçilərin sayı təqribən 400.000 nəfərdir. Bu regionda aktiv əhalinin təqribən 20-30 faizi gündə iki dəfə sərhədi keçir. Bu, onunla bağlıdır ki, həmin şəxslərin Avstriyada avro şəklində aldığı əməkhaqqı Macarıstandakı ilə müqayisədə azı 3 dəfə yüksəkdir.

Sərhəd bölgəsində yaşayan sərnişinlərin əksəriyyəti Avstriyadakı iş yerləri üçün çox savadlıdırlar və Burgenland əyalətində (Avstriyanın ən şərq bölgəsində yerləşən və əhalisi ən az olan federal əyalət) iyerarxiya problemləri ilə üzləşirlər. Məsələn, sərhədin o tayından buraya gələn macarlar Avstriyanın yerli sakinlərinin iş yerlərini onların “əlindən aldığına görə” Burgenland sakinləri narazı qalır.

Eyni zamanda, 2011-ci ildə Avstriya öz əmək bazarını açdığı vaxtdan Macarıstan tərəfdəki kəndlər sürətlə dəyişməyə başlayıb, yeni mənzərəli bağların və bahalı avtomobillərin sayı artıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR