Slimfit
  1. DÜNYA

Avstriyada hökumət böhranı: vitse-kansler istefa ərəfəsindədir

Avstriyada hökumət böhranı: vitse-kansler istefa ərəfəsindədir
Sakura

Avstriyada hökumət böhranı: vitse-kansler istefa ərəfəsindədir

Mayın 17-də Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə bağlı qalmaqallı videomateriallar yayıldıqdan sonra hökumətdə böhran yaranıb.

AZƏRTAC xəbər verir ki, koalisiyalı hökumətdə təmsil olunan hər iki partiya – Federal Kansler Sebastian Kurtsun sədri olduğu Avstriya Xalq Partiyası (ÖVP) və vitse-kansler Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi Avstriya Azadlıq Partiyası (FPÖ) gecə saatlarınadək böhran iclasları keçirilib. Mətbuatın yaydığı məlumata görə, bu gün Kurts və Ştraxenin Federal Kansler aparatında görüşü keçiriləcək. Ondan sonra isə S.Kurts aktual vəziyyətlə bağlı mətbuat konfransı keçirəcək.

Mətbuata sızılan məlumatlara görə, Kurts koalisiya tərəfdaşı Ştraxe ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil. Belə olacağı təqdirdə, FPÖ-nun vitse-kansler postuna hazırkı nəqliyyat naziri Norbert Hoferin namizədliyini irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, Ştraxeni çıxılmaz vəziyyətə salan qalmaqallı video 2017-ci ilin yayında o, İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilib. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaranması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması və digər mövzular yer alır.

Videomaterialın Avropa Parlamentinə seçkilərə bir neçə gün əvvəl Almaniya mətbuatı tərəfindən yayılması Avstriya hökumətində böhrana səbəb olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR