Avstraliyalı rekord çəkili qızıl külçə tapdı
Qərbi Avstraliyanın Kalqurli şəhərinin yaxınlığındaanonim qalmaq istəyən xəzinə axtarışı həvəskarı 1,4 kq ağırlığında qızıl parçası tapdı.
Ens.az West Australian qəzetinə istinadən xəbər verir ki, metal detektoru olan xəzinə axtaran öz tapıntısını o raonda çox olan qurumuş duzlu gölün yaxınlığında tapıb.
O, qiymətləndirmə üçün külçəni belə artefaktların alışı üzrə ixtisaslaşmış yerli Finders Keepers Gold Prospecting şirkətinə gətirib. Onun sahibi Mett Kuk (matt Cook) mətbuta məlumat verib ki, belə küçlələri hə zaman görmək qismət olmur. Onları bəzən həvəskar metal detektorlarından daha çox ağır və bahalı texnikadan istifadə etməklə tapırlar.
Tapıntı 100 min Avstraliya dolları, yəni 70 min ABŞ dolları olaraq qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət