Dərc edildi: Baxış sayı: 810
Avstraliyada su çatışmazlığına görə 10 min dəvə öldürüləcək
Avstraliya məmurları ölkədə güclü meşə yanğınları dövründə minlərlə dəvəni həddən artıq su içmələri səbəbindən öldürməyə qərar veriblər.
Bu barədə “The Hill” məlumat yayıb.
Hakimiyyət orqanları təxminən 10 min dəvəni ona görə öldürmək istəyir ki, onlar çox su içirlər. Su isə Avstraliyanı bürüyən meşə yanğınlarının söndürülməsi üçün lazımdır. Heyvanların öldürülməsi üçün xüsusi beşgünlük kampaniya keçiriləcək. Kampaniya çərşənbə günü başlayacaq.
Nəşr qeyd edib ki, su axtaran dəvələr hətta yerli sakinlərin evlərinə girirlər.
"Dəvələrin cəsədləri yandırılacaq və ya basdırılacaq", - nəşr bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət