Dərc edildi: Baxış sayı: 469
Avstraliyada "Leyla və Məcnun" baletinin premyerası nümayiş olunacaq
Avstraliyada "Leyla və Məcnun" baletinin premyerası nümayiş olunacaq.
"Report"un Avstraliya mətbuatına istinadən verdiyi məlumata görə, baletin nümayişi bu il oktyabrın 10-13-də keçiriləcək Melburn Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təqdim olunacaq.
Baletin xoreoqrafı amerikalı Mark Morris olacaq. Premyerada dünya şöhrətli muğam ifaçısı Alim Qasımov, qızı Fərqanə Qasımova, yaponiyalı violonçel ustası Yo-Yo Manın iştirakı da nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət