Slimfit
  1. DÜNYA

Avstraliyada güclü istilər səbəbindən yüzlərlə uçan tülkü ölüb

Avstraliyada güclü istilər səbəbindən yüzlərlə uçan tülkü ölüb
Sakura

Avstraliyada güclü istilər səbəbindən yüzlərlə uçan tülkü ölüb

Avstraliyada güclü istilər səbəbindən yüzlərlə uçan tülkü ölüb.

Trend-in məlumatına görə, bir neçə gündür ölkənin şimalında havanın temperaturu 40 dərəcəni ötür ki, bu da uçan tülkülərin kütləvi məhvinə gətirib çıxarıb.

Bundan başqa, Kvinslend ştatının Səhiyyə departamentinin nümayəndəsi Riçard Ger deyib ki, heyvanlar anomal hava şəraitinə görə istiqaməti itirir və insanlara dəyirlər.

Uçan siçanlardan - yarasalardan fərqli olaraq, uçan tülkülər əks-səda lokasiyasına malik deyillər.

 

Son 24 saat ərzində iriqanadlıların insanları dişləməsi ilə bağlı bir çox müraciətlər qeydə alınıb.

Yerli KİV-lərdən biri isə bazar günündən indiyədək 3500 uçan tülkünün öldüyünü yazır.

Qeyd edək ki, Kvinslend ştatında güclü istilərin səbəb olduğu meşə yanğınları tüğyan edir. Alovlara bürünən sahə artıq 20 min hektara çatıb.

Yerli hakimiyyət sakinlərin təhlükəsizliyinə zəmanət verə bilmədiklərini bəyan edib. Bir sıra rayonlarda təxliyənin mümkün olmadığı bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR