Avropalılar kosmik 3D printer hazırladılar
Avropada çəkisizlikdə istifadə, çəkisizliyə xüsusi uyğunlaşdırımış plastik məmulatların çapı üçün nəzərdə tutulmuş ilk 3D printer TCT Magazine dizayner-istehsalçıdan Aerospace Applications Award nüfuzlu mükafatını aldı.
Techxplore.com portalı xəbər verir ki, printer Beynəlxalq Kosmik Stansiyada istifadə üçün nəzərdə tutulub. Çünki çəkisizlikdə “yuxarı-aşağı” anlayışları yoxdur, çap zamanı onun istiqaməti də əhəmiyyətsizdir. Çap üçün ən müxtəlif növ plastikdən istifadə oluna, maşınqayırmadan tutmuş uşaq oyuncaqlarının istehsalına qədər tətbiq edilə bilər.
“Bu printer stansiyanın ehtiyat hissələrinin çapı üçün istifadə edilə bilər”, - ESA mühəndisi Uqo Lafont (Ugo Lafont) hesab edir. Beynəlxalq Kosmik Stansiyasından başqa müvəffəqiyyətlə Aydakı gələcək insan bazaları və aşağı qravitasiyalı digər niben cisimlərində tətbiq oluna bilər. Həm də yenilik təkrar emal üçün nəzərdə tutulmuş plastmasdan istifadə edə bilər.
Mənbə: Popmech.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət