Dərc edildi: Baxış sayı: 516
Avropadan Türkiyəyə: İmamoğlunu vəzifədən qovsanız...
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun vəzifədən çıxarılması Türkiyə - Avropa Birliyi (AB) əlaqələrinə ciddi təsir göstərər.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Türkiyə üzrə həmməruzəçisi Kati Piri Tvitter səhifəsində yazıb.
O, 31 mart seçkilərindən sonra Türkiyə hökumətinin seçilmiş bələdiyyə sədrlərini işdən çıxardığını, Daxili İşlər naziri Süleyman Soylunun da Ə.İmamoğlunu təhdid etdiyini söyləyib:
“Hərəkətə keçmədən öncə 2 dəfə düşünmək lazımdır”.
Qeyd edək ki, PKK terror təşkilatı ilə əlaqədə olduğu üçün Türkiyə hökuməti bir neçə bələdiyyə sədrini vəzifədən kənarlaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət