Dərc edildi: Baxış sayı: 616
Avropadan İrana böyük dəstək: 18 milyon avro...
Avropa Birliyi (AB) İrana 18 milyon avroluq yardım paketinin göndərilməsi ilə bağlı qərar verib.
Axar.az xəbər verir ki, yardım iqtisadi və sosial sahələri dəstəkləyən layihələrə ayrılacaq.
Belə ki, bu məbləğin 8 milyonu özəl sektora, digər 8 milyonu ətraf mühitin mühafizəsinə, 2 milyonu isə narkotik qaçaqmalçılığına qarşı mübarizəyə yönləndiriləcək.
Qeyd edək ki, bu, İranla nüvə razılaşması çərçivəsində Tehrana göndəriləcək toplam 50 milyon avroluq yardım paketinin ilk hissəsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət