Slimfit
  1. DÜNYA

Avropada yeni viza qaydaları qüvvəyə minib

Avropada yeni viza qaydaları qüvvəyə minib
Sakura

Avropada yeni viza qaydaları qüvvəyə minib

Avropa İttifaqı ölkələrinə səfərləri asanlaşdıran və miqrasiya böhranını həll etməyə kömək edəcək Şengen vizaları üzrə qaydalar bu gündən qüvvəyə minib.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti bəyanat yayıb.

Viza qaydalarının dəyişdirilməsi barədə qərar AB-nin Şurası tərəfindən ötən ilin iyununda qəbul edilib. Yeni qaydalar leqal səyahət edənləri daha asan və daha sürətli viza prosedurları ilə təmin edəcək, altı ay əvvəl və ya səfərə 15 gün qalmışdan gec olmayaraq ərizə verməyə, ərizə formasını elektron formada doldurmağa və imzalamağa, müsbət viza tarixi olan müntəzəm səyahət edənlər üçün bir ildən beş ilə qədər artan çoxdəfəli vizananın verilməsinə imkan verəcək.

Qeyd edilir ki, viza müraciəti zamanı konsulluğa ödənilən məbləğ 60 avrodan 80 avroya qaldırılıb.

Qeyri-qanuni miqrasiyaya gəldikdə, yenilənmiş qaydalar viza prosedurlarında yeni mexanizm tətbiq etməklə üçüncü ölkələrlə (AB-yə daxil olmayan ölkələr) əməkdaşlığı yaxşılaşdırmağa kömək edəcək. Bu mexanizm çərçivəsində Avropa Komissiyası mütəmadi olaraq üçüncü ölkələrin readmissiya sahəsində əməkdaşlığını qiymətləndirəcək. Ölkənin əməkdaşlıq etmədiyi hallarda, Avropa Komissiyası Şuraya vizaların verilməsi ilə bağlı xüsusi məhdudlaşdırıcı tədbirlərlə əlaqədər qərar qəbul etmək üçün müraciət edəcək.

 

Digər tərəfdən, readmissiya ilə bağlı əməkdaşlıq edən halda həmin ölkədə viza rüsumlarının və viza verilməsinin qərarı ilə bağlı müddətin azaldılmaları və ya səyahət vizasının müddətinin uzadılmasını təmin edən icra qərarı təklif ediləcək.

Yenilənmiş qaydalar, Şengen zonasının üzvü olan 22 AB ölkəsinə giriş üçün qısamüddətli vizaların alınmasına tətbiq edilir. Bu ölkələr - Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakia, Sloveniya, İspaniya və İsveçdir. Bundan əlavə, yeni qaydalara görə İslandiya, Lixtenşteyn, Norvec və İsveçrəyə də viza almaq olacaq. Adı çəkilən olkələrdən birinə verilmiş birdəfəlik qisa müddətli şengen vizası ilə 180 gün müddəti içində 90 gün bütün digər sadalanmış ölkələrə getmək olacaq.

Avropa Komissiyasının məlumatına görə, hazırda Şengen ölkələrini ziyarət etmək üçün 105 ölkənin vətəndaşlarına viza alınması gərəkir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR