Slimfit
  1. DÜNYA

Avropada koronavirussuz bir ölkə qaldı

Avropada koronavirussuz bir ölkə qaldı
Sakura

Avropada koronavirussuz bir ölkə qaldı

Monteneqro koronavirus infeksiyasına yoluxma halının qeydə alınmadığı yeganə Avropa ölkəsidir.

“İnterfaks”ın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun epidemioloqu İqor Qaliç bildirib.

Onun sözlərinə görə, epidemiya başlayandan bəri ölkədə 2000-dən çox insan müayinə olunub. Hazırda 392 nəfər həkim nəzarətindədir.

 

“Koronavirusun diaqnostikası iki-üç saat çəkir, buna görə nəticələr tez bir zamanda məlum olur”, - deyə Qaliç bildirib.

O, ölkə vətəndaşlarını təşviş yaratmamağa və yanlış məlumatlar yaymamağa çağırıb.

Son məlumatlara görə, dünyada 126 631 COVID-19 infeksiyasına yoluxma halı təsdiqlənib, 4638 xəstə ölüb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR