Slimfit
  1. AVTO VƏ MOTO

Avropada avtomobil satışı ilin əvvəlindən bəri 30%-dən çox azalıb

Avropada avtomobil satışı ilin əvvəlindən bəri 30%-dən çox azalıb
Sakura

Avropada avtomobil satışı ilin əvvəlindən bəri 30%-dən çox azalıb

2020-ci ilin yanvar-avqust aylarında Avropa İttifaqı ölkələrində minik avtomobillərinin satışı öncəki ilin eyni dövrü ilə müqayisədə 32% azalıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) cümə axşamı yayımladığı məlumatlar göstərir.

Məlumata görə, səkkiz ay ərzində 6,1 milyondan bir qədər çox yeni sərnişin nəqliyyat vasitəsi qeydə alınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon azdır. Avropanın ən böyük avtomobil bazarları arasında tələbat ən çox İspaniya (44%), İtaliya (38,9%), Fransa (32%) və Almaniyada (28,8%) azalıb.

Eyni zamanda, son iki ayda satış göstəriciləri ilin əvvəlində olduğu kimi azalmır: iyul ayında 27 Aİ ölkəsindən yeddisinin bazarında avtomobillərə tələbat artıb, qeydiyyatdan keçən avtomobillərin ümumi həcmi isə keçən ilin iyul ayına nisbətən yalnız 5,7% az olub. Avqust ayında Aİ-də qeydiyyata alınan yeni avtomobillərin sayı 18,9% azalıb, əsas Avropa bazarlarından yalnız İtaliya keçənilki göstəricilərə yaxınlaşmağı bacarıb (cəmi 0,4% azalma), Almaniya və Fransada isə satışlar 20% azalıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR