Dərc edildi: Baxış sayı: 633
Avropada 2 manat 10 qəpiyə ev satırlar: Dəyəri 400 min manatdan ucuz deyil
İngiltərənin Birmingem şəhərində satışa 1 funt sterlinqə (təxminən 2 manat 10 qəpik) ev çıxarılıb. Amma evi əldə etmək üçün hərracda iştirak vacibdir.
Bizimyol.info xəbər verir ki, ev şəhər mərkəzindən cəmi 10 kilometr məsafədə yerləşir. Düzdür, nimdaş vəziyyətdədir, amma üç yataq, iki qonaq otağı var. Ev ötən əsrin 30-cu illərində tikilib.
Evin yeni sahibi bir az xərc çəkməli olacaq. Çünki tikili qəzalı vəziyyətdədir. Böyük təmirə ehtiyac var. İçəridə düz-əməlli əşyalar da yoxdur.
Birmingemdə ən bərbad gündə olan ev də 400 min manatdan ucuz olmur. “Zoopla” rieltor şirkətinin hesabatına görə, bu şəhərdə evlərin orta qiyməti 205 min 114 funt sterlinqdir.
İlin əvvəlində İtaliyada 1 avroya ev satışa çıxarılmışdı. Sadəcə, şəhər rəhbərliyinin tələbinə görə, təmirə azı 15 min avro xərcləmək vacib idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət