Slimfit
  1. SİYASƏT

Avropa Şurası Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır

Avropa Şurası Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır
Sakura

Avropa Şurası Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımır

Avropa Şurası Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”lə bağlı mövqeyini açıqlayıb.

Report”un Fransa bürosunun sorğusuna cavab olaraq qurumun Kommunikasiya Direktorluğundan bildiriblər ki, Avropa Şurası Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır. 

Direktorluqdan vurğulanıb ki, Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində qeyd edildiyi kimi, Avropa Şurası Azərbaycan da daxil olmaqla, bütün üzv ölkələrinin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətə tam sadiqliyini dəfələrlə bəyan edib.

“Avropa Şurasının prinsipial və məlum mövqeyi ondan ibarətdir ki, üzv ölkənin konstitusiya nizamına zidd və ya ondan kənar təşkil edilən istənilən seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur və hüquqi tanınmamalı və ya hesab edilməməlidir. Bu mövqe Dağlıq Qarabağda keçirilmiş son qondarma “seçkilər”ə münasibətdə də keçərlidir” - qondarma “seçkilər”lə bağlı Avropa Şurasının mövqeyinə dair məlumatda bildirilib.

Qeyd edilib ki, Avropa Şurası münaqişənin dinc nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR