Slimfit
  1. DÜNYA

Avropa Rusiya və İrana görə silahlanmanı artırır

Avropa Rusiya və İrana görə silahlanmanı artırır
Sakura

Avropa Rusiya və İrana görə silahlanmanı artırır

Hazırda “Lokhid Martin” şirkəti üçün ən sürətlə böyüyən bazar Avropadır.

Axar.az xəbər verir ki, bunu “Röyter”ə açıqlamasında şirkətin “La Burje” Beynəlxalq Aviasalonundakı rəsmi nümayəndəsi Rik Edvards deyib.

Agentliyə açıqlama verən ABŞ Aerokosmik Sənayesi Assosiasiyasının icraçı direktoru Erik Fanninq isə ABŞ şirkətlərinin sifarişlərinin daha çox Rusiya ilə mövcud olan gərgin münasibətlərə görə artdığını deyib.

“Röyter” ABŞ silahlarına tələbatın artmasının başqa səbəbinin isə İranın raket proqramı olduğunu bildirib. Agentlik xüsusilə ABŞ dronunun vurulmasından sonra Avropanın narahatlığının artdığını vurğulayıb.

Qeyd edək ki, “La Burje” Beynəlxalq Aviasalonu iyunun 17-dən 23-nə qədər davam edib. Cari ildə aviasalona yüksək səviyyəli ABŞ rəsmiləri də qatılıb. Onların arasında ABŞ Ticarət naziri Uilbur Ros da olub. Aviasalonda 400 ABŞ şirkəti öz məhsullarını nümayiş etdirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR