Slimfit
  1. İDMAN

Avropa Oyunlarında ilk medalımızı qazanmış idmançı Minskdə olmayacaq

Avropa Oyunlarında ilk medalımızı qazanmış idmançı Minskdə olmayacaq
Sakura

Avropa Oyunlarında ilk medalımızı qazanmış idmançı Minskdə olmayacaq

Karate üzrə Azərbaycan milli komandası 28-31 mart tarixlərində İspaniyanın Quadalaxara şəhərində keçirilən Avropa çempionatını bir qızıl və bir gümüş, eləcə də, iki bürünc medalla başa vurub. 

Oxu.Az xəbər verir ki, para-karate yarışlarının gözdən zəif idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu olub. 

Fərdi kumite yarışlarında Rafael Ağayev (-75 kq) gümüş medala, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata sahib olub. Karatemizin “Brilyant oğlan”ı bunadək dördqat Avropa çempionu olmuş italiyalı Luici Buzaya uduzub. “Yuko” xalı ilə 0:1 uduzmaqla Rafael bununla da 12-ci dəfə Avropanın ən güclüsü olmaq imkanını əldən verib. 

Daha bir bürünc medalı Roman Heydərov (kata) qazanıb. O ardıcıl dördüncü dəfə Avropa üçüncüsü olub.

Nuranə Əliyeva (-50 kq), həmçinin  İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası bürünc medal uğrunda görüşdə qələbəni əldən verib. Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər. 

Böyüklərin 54-cü Avropa çempionatında Azərbaycan medal qazana bilən 26 ölkə arasında 10-cu yeri tutub. Nəticələrdən başqa, mərhələ keçən idmançılarımız dünya reytinq cədvəli ilə birgə, II Avropa oyunları və 2020-ci ildə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda reytinq xallarını artırıb. Yaxın günlərdə II Avropa Oyunlarına vəsiqə qazanan karateçilərin siyahısı açıqlanacaq.  

Bununla belə, Oxu.Az artıq indidən hansı idmançılarımızın Minskdə keçiriləcək Avropa Oyunlarına vəsiqə qazandığını müəyyənləşdirə bilib. Bunu ötən reytinq cədvəlinə əsasən müəyyənləşdirmək mümkündür.

Beləliklə, kişilər katada Roman Heydərov (6-cı yer, 1155 xal), 67 kq-da Rafiz Həsənov (6-cı yer, 1785 xal), 75 kq-da Rafael Ağayev (1-2-ci yer, 4755 xal), +84 kq-da Asiman Qurbanlı (8-ci yer, 1725 xal), qadınlar 50 kq-da Nuranə Əliyeva (8-ci yer, 1365 xal) və 68 kq-da İrina Zaretskaya (2-ci yer, 4800 xal) Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək.

60 kq-da Firdovsi Fərzəliyev (3-cü yer, 2640 xal), 84 kq-da Ayxan Mamayev (10-cu yer, 1500 xal) Avropa çempionatında qələbə qazanmadığından, onların Minskdə iştirak edəcəyi sual altındadır.

Ancaq Firdovsi Fərzəliyevin reytinqi yüksək olduğundan, böyük ehtimalla, o da xoşbəxt yeddinci idmançımız olacaq. +68 kq-da Fəridə Əliyevanın (23-cü yer, 735 xal) reytinqi çox aşağı idi. Bununla belə, o, qitə çempionatının üç görüşündə qalib gəlib, mübarizəni dayandırdığından, onun da cüzi də olsa Avropa Oyunlarında iştirak etmək şansı var. 

Avropa çempionatına aparılmayan iranlı qadın kataçımız Neda Rezai, o cümlədən Bakıdakı Avropa Oyunlarında Azərbaycana ilk medalı qazandırmış İlahə Qasımova (-55 kq) və Fəridə Abiyevanın (-61 kq) reytinqi aşağı olduğundan və qitə birinciliyində mübarizəni erkən dayandırdığından, onların mötəbər turnirdə iştirakının üstündən xətt çəkilib.

Qeyd edək ki, Avropa Oyunlarına hər kateqoriyadan reytinqdə ilk “onluq”da yer alan idmançılar vəsiqə qazanır.  

Səbuhi MUSAYEV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR