Dərc edildi: Baxış sayı: 447
Avropa Oyunları: Azərbaycan velosipedçisi sonuncu olub
Belarusun paytaxtı Minksdə keçirilən II Avropa Oyunlarında velosipedçilərin keyrin yarışına start verilib.
"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçisi Sergey Omelçenko da trekə çıxıb.
O, 1-ci mərhələdə ikinci yürüşdə mübarizə aparıb. Beş idmançı arasında sonuncu olan Omelçenko təsəlliverici mərhələdə qüvvəsini sınamalı olub.
O, üç nəfərin mübarizə apardığı ikinci yürüşə qatılıb. Yenə sonuncu olan idmançı yarımfinal şansını itirib.
Qeyd edək ki, 1-ci mərhələnin dörd yürüşünün hərəsindən iki, təsəlliverici mərhələdə isə hər yürüşdən bir nəfər yarımfinala yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət