Dərc edildi: Baxış sayı: 278
Avropa ölkəsindən rusiyalılara QADAĞA: Martın 11-dək...
Rusiya qeydiyyat nömrəli avtomobillər martın 11-dək Litva ərazisini tərk etməlidir, əks halda onlar müsadirə olunacaq.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Litva gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Litvada hələ də Rusiya Federasiyasında qeydiyyatda olan avtomobilləri idarə edənlər var. Martın 11-dək onlar ya Litvada nəqliyyat vasitəsini qeydiyyatdan keçirməli, ya da Aİ-ni tərk etməlidirlər”, - məlumatda deyilir.
Qeyd olunur ki, Kalininqrad vilayətinə tranzitlə gedən və qayıdan avtomobillər istisnadır.
Xatırladaq ki, Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada istifadəsinə qadağa noyabrın 2-də qəbul edilib.
Mənbə: gazeta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət