Slimfit
  1. DÜNYA

Avropa ölkəsində müsəlmanları qəzəbləndirən qərar: halal kəsim qadağası

Avropa ölkəsində müsəlmanları qəzəbləndirən qərar: halal kəsim qadağası
Sakura

Avropa ölkəsində müsəlmanları qəzəbləndirən qərar: halal kəsim qadağası

Belçikada daha çox fransız dilli əhalinin yaşadığı Valon bölgəsində əti yeyilən heyvanların şoka salınmadan, yaxud yuxuya verilmədən kəsilməsi artıq qadağandır. Bu qadağanı nəzərdə tutan qərar sentyabrın 1-dən qüvvəyə minib.

Bizimyol.info xəbər verir ki, parlament xırda və iribuynuzlu heyvanların kəsimi ilə bağlı bu qərarı hələ 2017-ci ildə qəbul edib. O zaman müzakirələrdə qadağanın tərəfdarı olanlar deyirdilər ki, bu qərarın məqsədi heyvanların aşırı acı çəkməsinin qarşısını almaqdır.

Buna bənzər qərar 2019-cu ilin əvvəlində Belçikanın Flaman bölgəsində də qüvvəyə minib. Ancaq texniki vasitələrin çatışmazlığına görə orada hələlik xırda buynuzlu heyvan kəsiminə aid edilir.

İslam inancında “halal”, yəhudi inancında isə “köşər” adlandırılan, heyvanların şoklanmadan və yuxuya verilmədən kəsilməsinə qoyulan qadağalar ölkədə müsəlman və yəhudilərin etirazına səbəb olub.

Belçika əhalisinin təxminən 6 faizini təşkil edən müsəlmanlar və musəvilər yeni qadağa ilə dini azadlıqların məhdudlaşdırıldığını, ölkədəki bu iki topluma hörmətsizlik edildiyini bildirir.

Hələ Flaman bölgəsində sözügedən qərar qəbul ediləndə Belçika İslam Təmsil Qurumu və Belçika İslam Koordinasiyası ölkənin Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Konstitusiya Məhkəməsi isə bu işi Avropa Birliyinin ali məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsinə göndərmişdi. Bu məhkəmənin məsələ ilə bağlı qərarı isə hələlik məlum deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR