Dərc edildi: Baxış sayı: 1066
Avropa ölkələrinə verilən vaxt bitdi - İran hərəkətə keçdi
İran nüvə sazişi ilə nəzərdə tutulmuş 3.67 faizdən daha yuxarı səviyyədə uranın zənginləşdirilməsinə başlandığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Arakçi danışıb.
İran tərəfi uranın zənginləşdirilməsini ölkənin elektrik stansiyalarının tələbatını ödəyəcək həcmdə yüksəldəcək.
Arakçinin sözlərinə görə, sözügedən qərar ABŞ-ın birtərəfli qaydada müqaviləni tərk etməsindən sonra yaranan mənfi nəticələrin aradan qaldırılması üçün müqavilənin avropalı iştirakçılarına verilən 60 günlük müddətin bitməsi ilə əlaqədar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət